Qalmaqal – Azərbaycanlı futbolçu barda olanları silahla hədələdi
Bizi izləyin

İdman

Qalmaqal – Azərbaycanlı futbolçu barda olanları silahla hədələdi

Qalmaqal - Azərbaycanlı futbolçu barda olanları silahla hədələdi

Hazırda azad agent statusunda olan Azərbaycan əsilli ukraynalı futbolçu Aleksandr Əliyev qalmaqal törədib.

Publika.az xəbər verir ki, bu yaxınlarda Azərbaycan klublarının birində oynamaq variantı ortaya çıxan futbolçunun istəyi gerçəkləşməyib.

Bundan pəjmürdə olan Əliyev Kiyevə qayıdıb və paytaxt barlarının birində qalmaqal törədib. Şahidlər bildirirlər ki, sərxoş vəziyyətdə olan futbolçu barda olanları silahla hədələyib.

Mühafizəçilərin köməyi ilə zərərsizləşdirilən futbolçu bardan uzaqlaşdırılıb.

Qeyd edək ki, Aleksandr Əliyev ötən mövsüm “Anji”nin heyətində çıxış edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm