Messi yıxdığı İrana mərhəmət göstərəcək?
Bizi izləyin

İdman

Messi yıxdığı İrana mərhəmət göstərəcək?

Messi yıxdığı İrana mərhəmət göstərəcək?

Braziliyada keçirilən dünya çempionatında 3-cü turun oyunları davam edir.

Publika.az xəbər verir ki, artıq 1/8 finalda qarşılaşacaq 4 cütlük məlumdu. Bu mərhələdə Braziliya – Çili, Hollandiya – Meksika, Kosta Rika – Yunanıstan, Kolumbiya – Uruqvay görüşləri baş tutacaq.

Bu gün F və E qruplarında da 3-cü tura yekun vurulacaq.

F qrupunda Argentina və Nigeriya qarşılaşması böyük maraq kəsb edir. Bərabərlik Argentinanı qrup lideri etməklə yanaşı, Nigeriyanı da növbəti mərhələyə çıxaracaq.

İran isə növbəti mərhələyə çıxmaq üçün mütləq Bosniya və Hersoqovinaya qalib gəlməli, üstəlik argentinalıların mərhəmətinə ümid bağlamalıdır.

E qrupunda isə Ekvador növbəti mərhələyə adlamaq üçün Fransanı məğlub etməlidir. İsveçrə isə 1/8 finala adlamaq üçün qrupun aşkar autsayderi Hondurasa mümkün qədər böyük hesabla qalib gəlib Ekvador – Fransa oyununun nəticəsini gözləməlidir.

F qrupu

21.00 Bosniya və Hersoqovina – İran

21.00 Nigeriya – Argentina

E qrupu

01.00 Ekvador – Fransa

01.00 Honduras – İsveçrə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm