Qana Portuqaliya ilə oyuna çıxmır – Pulumuzu verin
Bizi izləyin

İdman

Qana Portuqaliya ilə oyuna çıxmır – Pulumuzu verin

Qana Portuqaliya ilə oyuna çıxmır – Pulumuzu verin

Qana millisinin futbolçuları Portuqaliya ilə DÇ-2014-ün G qrupunun son oyununa çıxmamaq qərarı verib.

Publika.az xəbər verir ki, buna Qana Futbol Federasiyasının (QFF) yığmanın futbolçularına verdiyi sözü yerinə yetirməməsi səbəb olub.

Turnirdən əvvəl qurum dünya çempionatında iştirak etdikləri üçün yarışın gedişatı zamanı yığmanın hər bir futbolçusuna 75 min dollar mükafat ödəyəcəyini bildirib. Ancaq futbolçular qrupda iki oyunun arxada qalmasına baxmayaraq, QFF-nin vədini yerinə yetirmədiyini bildirib. Bu səbəbdən onlar federasiyanı Portuqaliya ilə son matça çıxmayacaqları ilə hədələyiblər.

Qeyd edək ki, Qana millisi G qrupunda hazırda bir xalla üçüncü pillədədir. Komanda Portuqaliyanı məğlub edəcəyi təqdirdə, 1/8 finala vəsiqə qazana bilər.

Qana - Portuqaliya qarşılaşması iyunun 26-da keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm