Toni Adams: "Qəbələ" mənim üçün doğma övlada çevrilib"
Bizi izləyin

İdman

Toni Adams: "Qəbələ" mənim üçün doğma övlada çevrilib"

"Mən "Qəbələ"də klub prezidentinin müşaviriyəm. Artıq iki il yarımdı ki, bu vəzifədəyəm və buna çox şadam". Publika.az xəbər verir ki, bu sözləri Toni Adams deyib.

"Mən "Qəbələ"də klub prezidentinin müşaviriyəm. Artıq iki il yarımdı ki, bu vəzifədəyəm və buna çox şadam". Publika.az xəbər verir ki, bu sözləri Toni Adams deyib.

Baş məşqçi postundan getdikdən sonra prezident müşaviri təyin olunan məşhur ingilis Tale Heydərovla münasibətlərindən danışıb: "Qəbələ”nin rəhbəri Taleh Heydərovla çox yaxşı, dost münasibətlərim var. O, gözəl insan, yaxşı prezidentdi və bu səbəbdən biz bu qədər müddətdi ki, işləyirik. Apreldə Azərbaycanda işləməyimin dördüncü ili olacaq. O zaman mən baş məşqçi qismində gəlmişdim. Demək olar ki, biz “Qəbələ”nin prezidenti ilə birgə komandanın hazırda ölkənin ən yaxşı klubları arasında olmasının bünövrəsini yaratmışıq. Mən bu layihə və Qəbələdə əldə etdiyimiz bütün nailiyyətlərimizlə fəxr edirəm. Bu klub mənim üçün doğma övlada çevrilib".

Adams Azərbaycanda futbolun səviyyəsinin yüksəldiyini bildirib: "Azərbaycan çempionatı ildən ilə yüksəlir və məni xoşbəxt edir. Dörd il qabaq mən bura gələndə, onda komanda çempionatda doğrudan da pis vəziyyətdə idi. Yarımpeşəkar təşkil edilmişdi və keyfiyyətli əsası yox idi. Biz bunu dəyişmək istəyirdik və metodiki olaraq Qərbi Avropa təcrübəsindən istifadə edərək, hər şeyi sıfırdan başladıq. Düşünürəm ki, hazırda biz daha yüksək səviyyədəyik".

Öləkmizdə komandalarının böyük maliyyə ehtiyatlarının olduğunu deyən ingilis mütəxəssis, "Qəbələ"nin Azərbaycanın ən yaxşı komandası olacağını deyib: "Kifayət qədər yaxşı maliyyələşdirilmiş, varlı sahibkarları olan klublar var. Hazırda “Qarabağ”, “Neftçi”, “İnter” və başqaları ən yaxşı klublardı. Qabaqcadan hər şeyi gözə gətirmək istəmirəm, ancaq barmaqlarımı çarpazlaşdırıb ümidimi bildirim ki, biz də Azərbaycanın ən yaxşı komandası olacağıq. Və hazırda mən hesab edirəm ki, biz düzgün yoldayıq".

Adams "Qəbələ"nin hədəfini də açıqlayıb: "Mən ümid edirəm ki, komanda avrokuboklara düşə biləcək. Bu, sadəcə fantastika olacaq! Bizim hazırkı məqsədimiz Çempionlar Liqası və ya Avropa Liqasının qrup mərhələsidi".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm