Psixoloq: “O, yenə dişləyəcək”
Bizi izləyin

İdman

Psixoloq: “O, yenə dişləyəcək”

Psixoloq: “O, yenə dişləyəcək”

İdman üzrə məşhur psixoloq Tom Fosett Uruqvay yığmasının forvardı Suaresin hərəkətinə münasibət bildirib.

Publika.az xəbər verir ki, psixoloq bunu futbolçunun ağır keçmiş uşaqlığının təsiri hesab edir.

Qeyd edək ki, dünən Uruqvay-İtaliya matçında Suares rəqibi Kellininin çiynini dişləyib. Bundan əlavə, o, 2010-cu ildə “PSV Eydhoven” klubundan Otman Bakkalı, 2013-cü ildə isə “Çelsi” klubundan Branislav İvanoviçi dişləyib.

Fosett xarici mətbuata müsahibəsində deyib: “Suaresin hərəkətləri əvvəllər də olub və mütləq bir daha təkrar ediləcək. O, bunu psixoloq seansından bir-iki dəfə istifadə etsə də, düzəldə bilməyəcək. Bu, onun qanındadır.

Luis çox istedadlı futbolçudur, lakin stressli situasiyalarda özünü ələ ala bilmir. Təkbətək görüşmədə o, öz qaranlıq tərəfini göstərdi. Bunu əvvəlcədən görmək mümkün idi. Şəxsiyyətin formalaşma dönəmində xarici faktorlar daha da çox təsir etməyə başlayır. Əgər Luisin həyat tarixçəsinə baxsaq, onun çətin bir şəraitdə böyüdüyünü görə bilərik. O, Uruqvayın küçələrində həyat uğrunda mübarizə aparıb”.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm