Qələbə 50 min avro qazandıracaq
Bizi izləyin

İdman

Qələbə 50 min avro qazandıracaq

Əlcəzair yığmasının DÇ-2014-də "pley-off"a yüksələcəyi təqdirdə qazanacağı mükafatın məbləği müəyyənləşib.

Publika.az-ın "İTAR-TASS" agentliyinə istinadən verdiyi məlumata görə, 1/8 finala yüksələcəyi təqdirdə Afrika təmsilçisinin hər bir futbolçusu 50 min avro qazanacaq.

Qeyd edək ki, futbol federasiyası ilə yanaşı, dövlət başçısı da Əlcəzair yığmasına mükafat vəd edib. Lakin bunun üçün milli komanda Rusiya ilə oyunda ən azı 1 xal qazanmalıdır.

Əlavə edək ki, Əlcəzair - Rusiya oyunu iyunun 26-sı gecə, Bakı vaxtı ilə saat 01:00-da başlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm