İdman
Güləşçilərimiz beynəlxalq turnirdə 2 qızıl medal qazanıb
20 Yanvar şəhidi Müşviq İsayevin xatirəsinə həsr olunan yeniyetmələr arasında sərbəst güləş üzrə sayca 17-ci beynəlxalq turnirdə Gəncə idmançıları da iştirak ediblər.
"Sərhədçi" Olimpiya İdman Mərkəzində reallaşan yarışda Azərbaycan pəhləvanları ilə yanaşı, Rusiya, Gürcüstan, İran, Qazaxıstan və Özbəkistandan olan 135 güləşçi birincilik uğrunda mübarizə aparıb. Azərbaycan təmsilçiləri ümumilikdə, 5 qızıl, 6 gümüş və 8 bürünc medala sahib olaraq komanda hesabında ilk sırada qərarlaşıb. Qızıl medallardan ikisi məhs Gəncə pəhləvanlarının payına düşüb. Nizami yurdu adına qazanılan daha bir medal isə bürünc olub.
Mükafatçılardan ikisi Təhsil Respublika İdman Mərkəzinin Gəncə
filialının yetirməsidir. Fazil Həsənovla Murad Məmmədov fəxri
kürsüyə yüksəlib.
Həsənov yarışın qalibi olubsa, sonuncu 3-cülüklə kifayətlənib.
Bu səbəbdən turnirin mükafatçıları və onların məşqçisi ilə idman
mərkəzində görüş təşkil olunub. Filialın direktoru Xəyal Hacıyev
son zamanlar uğurlu nəticələrə imza atan Fazil Həsənovun bu dəfə də
diqqət mərkəzinə düşməsini xususi vurğulayıb. Onun 50 kq çəkidə
rəqib tanımamasını önə çəkib. Tədbirdə çıxış edən mütəxəssislər
Həsənovun rəqibləri üzərində böyük hesablı qələbələr qazanmasını
onun digər güləşçilərdən bir baş üstün olması ilə
əlaqələndiriblər.
Tədbirdə həmçinin yeniyetmələr arasında güləşən digər bir
prespektivli pəhləvan, keçən il yeniyetmələr arasında Asiya
oyunlarında bürünc medal qazanan Murad Süleymanov da iştirak edib.
Süleymanovun yaşının az olmasına baxmayaraq kişilər arasında
sonuncü ölkə birinciliyində 3-cü yerə çıxması milli komandanın
məşqçilərinin də diqqətindən yayınmayıb. Belə ki, o, bu ay
gənclərdən ibarət yığmanın tərkibində Özbəkistanda 16 günlük təlim
məşq toplanışına qatılıb.
Yetirmələrinin çıxışından razı qalan məşqçi Arzu Rəhimov qarşıdakı
yarışlara ciddi hazırlaşdıqlarını bildirib.
Qeyd edək ki, Gəncə güləşçilərindən digər bir qızıl medalı 69 kq
çəki dərəcəsində qüvvəsini sınayan Fuad Məmmədov qazanıb. Tədbirin
sonunda güləşçilər və onların məşqçisinə filialın rəhbərliyi
tərəfindən həvəsləndirici hədiyələr təqdim olunub, eyni zamanda
mərkəzin şərəf löhvəsi üçün xatirə şəkili çəkdirilib.
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ