Neftçi ilk qələbəsini qazandı
Bizi izləyin

İdman

Neftçi ilk qələbəsini qazandı

Türkiyənin Bolu şəhərində hazırlıqlarını davam etdirən “Neftçi” bu gün üçüncü yoxlama oyununu keçirib.

Publika.az xəbər verir ki, Böyükağa Hacıyevin komandası Səudiyyə Ərəbistanının “Əl-Kadisiya” klubu ilə qarşılaşıb.

Görüş "Neftçi"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb. "Neftçi"nin qollarını Vobay, Ruslan Qurbanov və Nicat Qurbanov vurublar.

Qeyd edək ki, buna qədər təlim-məşq toplanışı çərçivəsində Gürcüstanın “Çixura” klubu ilə iki yoxlama oyunu keçirən “Neftçi” ilk görüşdə 2:3 hesabı ilə uduzub, ikinci qarşılaşmada isə 1:1 hesablı heç-heçəyə razılaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm