• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Ölkəmizin ən güclü velosipedçiləri müəyyənləşəcək

  • İdman
  • 26 İyun 2014 17:00
  • 291 Baxış
Ölkəmizin ən güclü velosipedçiləri müəyyənləşəcək

İyunun 27-29-da velosiped idmanının şose növü üzrə Azərbaycan çempionatı keçiriləcək.

Publika.az xəbər verir ki, ölkəmizin ən güclü velosipedçilərinin müəyyənləşəcəyi yarış Gəncə şəhəri, həmçinin Samux və Daşkəsən rayonlarında təşkil ediləcək.

Gənclər və İdman nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən ölkə çempionatında federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin 100-ə yaxın idmançısı mübarizə aparacaq. Bundan başqa, Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku"nun 5 üzvü, müvafiq olaraq Elit və U-23 milli komandalarımızın da şərəfini qoruyan Elçin Əsədov, Aqşin İsmayılov, Məhəmməd Ələkbərov, Tural İsgəndərov və Samir Cəbrayılovun da yarışda iştirakı ona olan marağı daha da artırır. Yeri gəlmişkən, "Synergy Baku"nun baş məşqçisi Ceremi Hant da ölkə çempionatının gedişini izləyənlər arasında olacaq.

Yarışın proqramına əsasən, iyunun 27-də Samux rayonunda Elit, U-23 və gənclər 30 km, U-17 yaş qrupunda çıxış edən velosipedçilər isə 15 km məsafəyə fərdi ötüşmədə (time trial) mübarizə aparacaqlar. İyunun 28-də U-17 yaş qrupu üzrə velosipedçilər Samuxda 70 km məsafəyə qrup ötüşməsində Azərbaycan çempionunu müəyyənləşdirəcəklər. Nəhayət, iyunun 29-da, ölkə çempionatının sonuncu günü Elit, U-23 və gənclər Gəncə şəhərindən qrup şəklində start götürməklə Daşkəsənə qədər olan 120 km məsafəyə yürüş edəcəklər. Bu mərhələnin əsas xüsusiyyəti Daşkəsən ərazisində dağ yollarının da olmasıdır.

Azərbaycan çempionatının nəticələri Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) reytinq siyahısında nəzərə alınacaq. Qaliblər medal, diplom və pul mükafatı ilə təltif ediləcək.

Ölkə çempionatının proqramı:

27 iyun, Samux
Start - 10:00
Elit, U-23, gənclər - fərdi ötüşmə (30 km)
U-17 - fərdi ötüşmə (15 km)

28 iyun, Samux
Start - 10:00
U-17 - qrup ötüşməsi (70 km)

29 iyun, Gəncə - Daşkəsən
Start - 09.00
Elit, U-23, gənclər - qrup ötüşməsi (120 km)

Xəbər lenti

DAHA ÇOX XƏBƏR