Portuqaliya millisi üçün şad xəbər
Bizi izləyin

İdman

Portuqaliya millisi üçün şad xəbər

Qana millisinin iki futbolçusu yığmadan kənarlaşdırılıb.

ANS PRESS xəbər verir ki, Sulley Muntari və Kevin Prinse Boatenq bu gün Portuqaliya ilə oyunda iştirak etməyəcək.

Buna səbəb onların nizam-intizam qaydalarını pozması olub. Boatenq baş məşqçi Kuesi Appiyanı təhqir edib, Muntari isə rəhbərlikdən bir nəfərə sataşıb. Hər iki futbolçunun bu gün komandanın qaldığı oteldən ayrılacağı bildirilir.

Qeyd edək ki, bundan əvvəl Qana yığmasının futbolçuları pullarını ala bilmədikləri üçün Portuqaliya matçına çıxmayacaqlarını bildirmişdilər. Amma bu problem artıq həll olunub.

Ötən gün Qanadan Braziliyaya gedən rəsmi şəxs futbolçuların pullarını verıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm