• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Luis Suarez Dünya Çempionatından qovuldu

  • İdman
  • 26 İyun 2014 19:32
  • 603 Baxış
Luis Suarez Dünya Çempionatından qovuldu

Uruqvay-İtaliya oyununda cənubi amerikalıların hücumçusu Luis Suarez rəqibin müdafiəçisi Kyelinini dişlədiyinə görə FİFA tərəfindən cəzalandırılıb. FİFA İntizam Komitəsinin qərarına əsasən Suarez 9 beynəlxalq oyundan və 4 ay futboldan uzaqlaşdırılıb.

Beləliklə Suarez üst-üstə 34 oyun meydana çıxa bilməyəcək. Bundan əlavə uruqvaylı futbolçu 100 min İsveçrə frankı da cərimə ödəyəcək.

Xatırladaq ki, Suarez bundan əvvəl də iki dəfə rəqibini dişləmişdi. Həmin vaxt yalnız qırmızı kart cəzası alan futbolçu bu dəfə daha ağır cəza alıb. Beləliklə, Suares Braziliyada keçirilən futbol üzrə dünya çempionatında daha oynamayacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR