Yoahim Löv: Axşamkı oyunla bağlı aramızda heç bir danışıq olmayıb
Bizi izləyin

İdman

Yoahim Löv: Axşamkı oyunla bağlı aramızda heç bir danışıq olmayıb

Almaniya millisinin baş məşqçisi Yoahim Löv DÇ-2014"də bu axşam qarşılaşacaqları ABŞ-la oyunöncəsi maraqlı fikirlər səsləndirib.

Publika.az xəbər verir ki, Almaniya Futbol Federasiyasının rəsmi saytına danışan təcrübəli mütəxəssis ABŞ-ın baş məşqçisi Yurgen Klinsmannla heç bir danışığının olmadığını bildirib: "Axşamkı oyunda rəqib baş məşqçi Yurgen Klinsmannla şou göstərmək niyyətimiz yoxdur. Bu barədə mətbuatda xəbərlər dolaşır. Bəli, vaxtilə bir-birimizlə sıx çalışmışıq və yaxşı əlaqələrimiz var. Lakin axşamkı oyunla bağlı aramızda heç bir danışıq olmayıb. Buna 100 faiz əmin ola bilərsiniz. Təbii ki, biz də qələbə qazanmaq istəyirik. Bu, müzakirə mövzusu ola bilməz".

Qeyd edək ki, ABŞ - Almaniya matçında qeydə alınacaq istənilən heç-heçə hər iki komandanı 1/8 finala yüksəldəcək. Belədə Portuqaliya - Qana matçının nəticəsinin heç bir önəmi qalmayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm