Çexiya millisinin hücumçusu Bakı klubuna geri döndü
Bizi izləyin

İdman

Çexiya millisinin hücumçusu Bakı klubuna geri döndü

Yeni mövsüm öncəsi heyəti gücləndirməkdə davam edən "Lokomotiv" voleybol klubu növbəti transfer "bombası" partladıb. Publika.az komandanın rəsmi saytına istinadən xəbər verir ki, "dəmiryolçular" bu dəfə sabiq oyunçusuna üz tutub. "Loko"nun mətbuat xidmətinin məlumatına əsasən, Çexiya millisinin üzvü Aneta Havliçkovanın keçidini baş tutub.

Xatırladaq ki, 1.93 m boya malik 27 yaşlı hücumçu 2012-2013-cü il mövsümündə "Lokomotiv"in şərəfini qorumuş və Azərbaycan çempionatının bombardiri olmuşdur. Ötən mövsüm Türkiyənin "Fənərbaxça" klubunda forma geyinən Aneta CEV kubokunu və yerli birincilikdə gümüş medal qazanıb.

Qeyd edək ki, bu, “Loko”nun 10-cu yeni transferidir. Bundan əvvəl Oksana Kiselyova, Ayşən Abduləzimova (hər ikisi Azərbaycan), Valeriya Russo, Valentina Arriqqetti (hər ikisi İtaliya), Karli Lloyd (ABŞ), Lisa Tomsen (Almaniya), Enn Buijs, Quinta Stenbergen (hər ikisi Hollandiya) və Evangeliya Çantava (Yunanıstan) "dəmiryolçular"ın sırasına qoşulublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm