Türkiyə klubu Cavadovun keçidini təsdiqlədi
Bizi izləyin

İdman

Türkiyə klubu Cavadovun keçidini təsdiqlədi

Türkiyə klubu Cavadovun keçidini təsdiqlədi

Vaqif Cavadovun yeni klubu müəyyənləşib.

Publika.az xəbər verir ki, milli komandamızın üzvü "Qaziantep BB"yə keçib.

Bu barədə Türkiyə mətbuatına klubun mətbuat katibi İbrahim Açıkgöz məlumat verib. O, Cavadovla 2 illik müqavilə imzaladıqlarını bildirib:

"Heyətimizə öməmli bir oyunçu qatdıq. Azərbaycanın "İnter" klubunda oynayan Vaqif Cavadov artıq klubumuzun uğurları üçün tər tökəcək. O, 2009-cu ildə ölkəsində ilin futbolçusu seçilib. 25 yaşlı forvardın komandamıza faydalı olacağını düşünürəm".

Qeyd edək ki, Moskva ÇSKA-sının yetirməsi olan Vaqif Cavadov karyerası ərzində "Qarabağ", "Bakı", "İnter", "Tvente" (Hollandiya) və "Volqa" (Nijni Novqorod, Rusiya) klublarının fomasını geyinib.

Xatırladaq ki, "Qaziantep BB"də millimizin başqa bir üzvü - Ufuk Budak da çıxış edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm