“Hafka” fransızları aldatdı - “Lans” yüksək liqaya buraxılmadı
Bizi izləyin

İdman

“Hafka” fransızları aldatdı - “Lans” yüksək liqaya buraxılmadı

“Hafka” fransızları aldatdı - “Lans” yüksək liqaya buraxılmadı

Hafiz Məmmədovun Fransada sahibi olduğu “Lans” futbol klubu I liqaya buraxılmayıb.

Publika.az xəbər verir ki, bu barədə “Lans”ın prezidenti Jerve Martel keçirdiyi mətbuat konfransında bildirib.

Xəbərə görə, Fransanın Peşəkar Klublara Nəzarət Komissiyası (DNCG) “Lans” klubunun bu mövsüm üçün nəzərdə tutulan büdcəsini təsdiqləməkdən imtina edib.

Buna səbəb klubun sahibi “Hafka”nın “Lans”a vəd etdiyi 17 milyon avronu vaxtında klubun Avropadakı bank hesablarına köçürməməsidir.

DNCG bildirib ki, “Lans”ın 2014-2015-ci il mövsümü üçün büdcəsi maliyyə kriteriyalarına cavab vermir.

Jerve Martel “Lans”ın 43 milyon avroluq büdcəsini DNCG-yə təqdim etsə də, komissiya həmin vəsaitin təminat altına alınmasını tələb edib. Büdcəyə əsasən 43 milyon avronun 15-20 milyonunu mərhələlərlə “Hafka” verməli idi. Belə ki, mayın əvvəllərində “Hafka” Fransaya səfər edərək “Lans”a 17 milyon avro vəsaitin verilməsinə dair sənəd imzalayıb.

Ancaq bu sənəd DNCG-ni inandırmaq üçün kifayət etməyib. Komissiya vəd edilən vəsaitin “Lans”ın Avropadakı bank hesablarına köçürülməsinə dair təminat istəyib və bunun üçün kluba iyunun 25-dək vaxt verib.

Jerve Martel ötən həftə sonu tələsik Bakıya gələrək H.Məmmədovla görüşüb. Ancaq belə məlum olur ki, Jerve Martel Bakıdan əliboş dönüb. Çünki DNCG-nin qoyduğu vaxt bitsə də, “Hafka” vəd etdiyi vəsaiti hesaba köçürə bilməyib.

J.Martel deyib ki, “Hafka” hazırda maliyyə sıxıntısı yaşayır. Deyib ki, H.Məmmədov 10 milyon avro verməyə söz verib, amma pulu iyulun ya 3-də, ya da 9-da köçürəcək. (Virtualaz.org)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm