İndi də Nigeriya pul davası edir
Bizi izləyin

İdman

İndi də Nigeriya pul davası edir

İndi də Nigeriya pul davası edir

Dünya çempionatının 1/8 finalına çıxan Nigeriya millisinin futbolçuları etiraza əl atıb.

Publika.az xəbər verir ki, Qanadan sonra bu dəfə Nigeriya millisinin futbolçuları pula görə etiraz aksiyası keçiriblər. Onlar məşqə çıxmaqdan imtina ediblər.

Buna səbəb Nigeriya Futbol Federasiyasının (NFF) futbolçulara 1/8 finala çıxacaqları təqdirdə vəd etdiyi pul mükafatını verməməsidi. Oyunçular bu gün axşama nəzərdə tutulan məbləğ ödənilməsə, məşqə çıxmayacaqlarını bildiriblər.

Qeyd edək ki, Nigeriya millisində oxşar hal DÇ-2010-da da yaşanmışdı. Federasiya futbolçulara qrupda iştiraka görə vəd etdiyi mükafatı verməmişdi. İndi nigeriyalılar oxşar hadisənin bu dəfə də təkrarlanacağından ehtiyat edirlər. Onlar mükafatlarının qısa bir zamanda ödənilməyəcəyi halda həm məşqlərə, həm də iyunun 30-da Fransaya qarşı keçiriləcək DÇ-2014-ün 1/8 final oyununa çıxmayacaqlarını bəyan ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm