Ronaldo Falkaonun “torbasını tikdi”
Bizi izləyin

İdman

Ronaldo Falkaonun “torbasını tikdi”

Ronaldo Falkaonun “torbasını tikdi”

Madridin “Real” klubunun prezidenti Florentina Peres Radamel Falkao və Luis Suaresi almaqdan vaz keçib.

Publika.az xəbər verir ki, prezident bu istəyindən Ronaldonun xahişi ilə vaz keçib. Ronaldo onların transferinə qarşı olduğunu bildirib. Peres komandanın liderini küsdürməmək və Ronaldo –Benzema – Beyl əlaqələrini qırmamaq üçün Falkao və Suareslə danışıqları dayandırıb.

Qeyd edək ki, “Real” rəhbərliyi Falkao ilə danışıqlara Benzema klubla müqavilən uzatmaq istəməyəndən sonra başlamışdı. Benzema məvacibinin ikiqat artırılmasını tələb edir. Hələ ki, tərəflər arasında razılıq əldə olunmayıb. Ancaq “Real”ın Benzemanı yola gətirmək üçün hələ bir il vaxtı var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm