Suarezin bəhanəsi ...
Bizi izləyin

İdman

Suarezin bəhanəsi ...

Uruqvay-İtaliya oyununda italiyalı futbolçu Kyelinini dişlədiyi üçün cəzalandırılan cənubi amerikalıların hücumçusu Luis Suarezin FİFA-ya göndərdiyi müdafiə məktubunun mətni ortaya çıxıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, uruqvaylı hücumçu hərəkətin bilərəkdən edilmədiyini bildirib.

“Hadisə qəti şəkildə insanların anladığı şəkildə baş verməyib. Bir zərbədən sonra rəqibin üstünə düşdüm. Dişlərimdə böyük bir ağrı hiss etdim”, - Suarez beynəlxalq futbol qurumuna yazıb.

Xatırladaq ki, FİFA 3-cü dəfə fərqli oyunçuları dişləyən Suarezə ağır cəza verib. FİFA İntizam Komitəsinin qərarına əsasən Suarez 9 beynəlxalq oyundan və 4 ay futboldan uzaqlaşdırılıb.

Beləliklə, Suarez üst-üstə 34 oyun meydana çıxa bilməyəcək. Bundan əlavə uruqvaylı futbolçu 100 min İsveçrə frankı da cərimə ödəyəcək.

Xatırladaq ki, Suarez bundan əvvəl də iki dəfə rəqibini dişləmişdi. Həmin vaxt yalnız qırmızı kart cəzası alan futbolçu bu dəfə daha ağır cəza alıb.

Uruqvayın rəsmi futbol qurumu qərardan apelyasiya verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm