Vüqar Həşimovun xatirəsinə həsr olunan şahmat turniri keçirilib
Bizi izləyin

İdman

Vüqar Həşimovun xatirəsinə həsr olunan şahmat turniri keçirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Klubunun təşkilatçılığı ilə beynəlxalq qrossmeyster, mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunan şahmat turniri keçirilib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Klubunun təşkilatçılığı ilə beynəlxalq qrossmeyster, mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunan şahmat turniri keçirilib.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, 5 gün davam edən yarışmanın final mərhələsi nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində baş tutub.

Çempionatda nazirliyin 24 qurumu və bu qurumların 100 nümayəndəsi iştirak edib. Bu, 2014-cü ildə klubun ilk yarışıdır. Yarışı hakimlər Bəxtiyar Rüstəmov, Vitali Sopranov, Azər Abdullayev və Anar Ələkbərov izləyiblər.

Tədbirin final mərhələsinin açılışında FHN-nin İdman Sağlamlıq Klubunun prezidenti Füzuli Musayev, mərhum Vüqar Həşimovun atası Qasım Həşimov, Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov, peşəkar kinqboksçu Pərviz Abdullayev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Rafiq Abbasov iştirak ediblər.

Final mərhələsində fərdi mükafatlandırmada Ramiz İsgəndərov (FHN-nin Akademiyası) birinci yer, Elçin Əsədov ( FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi) ikinci yer, Dəyanət Məmmədov ( FHN-nin Şimal-Qərb Regional Mərkəzi) üçüncü yer tutublar. Qaliblər diplom, medal və qiymətli hədiyyələrlə təltif olunublar.

Komanda şəklində isə birinci yerə FHN-nin Dövlət Yanğından Mühafizə Xidməti, ikinci yerə FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, üçüncü yerə isə nazirliyin Akademiyası layiq görülü. Hər üç qalibə kubok təqdim edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm