Monako Falkaonu satışa çıxardı
Bizi izləyin

İdman

Monako Falkaonu satışa çıxardı

"Monako” hücumçusu Radamel Falkao ilə yolları ayırmağa razılıq verib. Publika.az-ın məlumatına görə, bu haqda İspaniyanın AS qəzeti xəbər yayıb.

Bildirilir ki, “Monako” 28 yaşlı kolumbiyalı futbolçunun transferi ilə əlaqədar istənilən klubla danışıqlara hazır olduğunu bəyan edib

Bu günlərdə Falkao Madrid “Real”ına keçmək istədiyini açıqlayıb. Bununla yanaşı, İngiltərənin “Çelsi” və “Liverpul” klublarının kolumbiyalı hücumçunu heyətində görmək istədikləri bildirilir. Hələlik “Monako”nun Falkaonu hansı qiymətə satmaq istəməsi haqda məlumat yoxdur.

Falkao “Monako”ya ötən mövsümün əvvəli keçib. Bu ilin yanvar ayında aldığı ciddi səbəbindən o, həmin vaxtdan meydana çıxa bilməyib, eyni zamanda dünya çempionatına aparılmayıb. O, 2013/14 mövsümündə Fransa çempionatında 17 oyuna çıxıb və 9 qol vurub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm