Suareslə bağlı son qərar verildi
Bizi izləyin

İdman

Suareslə bağlı son qərar verildi

FİFA futbol üzrə İtaliya millisinin oyunçusu Corc Kellinini dişləyən Uruqvay yığmasının futbolçusu Luis Suaresi diskvalifikasiya etməsinin səbəblərini açıqlayıb.

Suaresin oyunlardan kənarlaşdırılmasının səbəblərindən biri onun etdiyi səhvi boynuna almamasıdır. Bundan başqa Suares Kellinini dişləyərkən hər iki futbolçu topdan uzaqda olub. Bu isə o deməkdir ki, Suares oyun zamanı deyil, oyundan kənarda qəsdən Kellinini dişləyib.

Qeyd edək ki, Braziliyada keçirilən futbol üzrə dünya çümpionatının qrup mərhələsində Uruqvay-İtaliya matçında uruqvaylı Luis Suares rəqib komandanın oyunçusu Kellinini dişləmişdi.

Nəticədə FİFA ulduz futbolçunu milli komandanın 9 matçından kənarlaşdırmaqla yanaşı, 4 ay futbol oynamasına da yasaq qoymuşdu. Cəza bitənədək uruqvaylı oyunçu stadionlara belə daxil ola bilməyəcək. Bundan başqa Suares 82 min avro cərimə ödəyəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm