• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Braziliyada çempionat əleyhinə etirazlar

  • İdman
  • 29 İyun 2014 19:12
  • 424 Baxış
Braziliyada çempionat əleyhinə etirazlar

Braziliyada futbol üzrə dünya çempionatının davam etdiyi bir vaxtda da çempionat əleyhdarları etiraz aksiyalarını davam etdirir.

Publika.az-ın məlumatına görə, ötən gün Rio-de-Janeyro şəhərində 200-ə yaxın etirazçı məşhur Marakana stadionuna yürüş ediblər. Etiraz aksiyası Kolumbiya yığmasının Uruqvay komandasını məğlub etdiyi matçla eyni vaxta təsadüf edib.

Çempionat vaxtı asayişi qoruyan hərbi polis etirazçıların stadiona daxil olmasının qarşısını alıb. Polislə qarşıdurmaya yaradan bir neçə etirazçının saxlandığı bildirilir.

Futbol üzrə dünya çempionatının keçirilməsinə etiraz aksiyaları çempionat başlamazdan bir neçə ay əvvəl başlayıb. Aksiya iştirakçıları çempionata xərclənən vəsaitin təhsil və səhiyyəyə sərf edilməsini tələb edirlər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR