Suares 3 yox, 8 futbolçunu dişləyib!
Bizi izləyin

İdman

Suares 3 yox, 8 futbolçunu dişləyib!

DÇ-2014-ün İtaliyaya qarşı keçirilən qrup mərhələsinin matçında rəqib oyunçu Corco Kyellinin çiynini dişlədiyi üçün dörd ay müddətinə futboldan uzaqlaşdırılan Luis Suareslə bağlı yeni faktlar ortaya çıxıb.

Publikal.az-ın "Daily Mail" qəzetinə istinadən yaydığı xəbərə görə, məlum olub ki, o, eyni addımı təkcə Kyellini, ondan əvvəl Hollandiyada Otman Bakkal, eləcə də İngiltərədə Branislav İvanoviçə qarşı atmayıb.

Bildirilir ki, belə xoşəgəlməz hadisələr Suares hələ Avropa gəlməzdən öncə, vətəni Uruqvayda oynayərkən də yaşanıb. Konkret olaraq, onun “Nasyonal”da çıxış etdiyi vaxtlarda (2005-2006 mövsümündə) beş futbolçunu dişlədiyi iddia edilib.

Klubdan bu haqda xəbərləri şərh etməyiblər.

Məlumata görə, FİFA İntizam Komitəsi Suaresin geniş ictimaiyyətə məlum olmayan əvvəlki bu cür hərəkətlərini də nəzərə almaqla onun barəsində sərt qərar verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm