• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Mübariz Mənsimov Bakıya kimin ad gününə görə gəlir?

  • İdman
  • 30 İyun 2014 10:15
  • 4 013 Baxış
Mübariz Mənsimov Bakıya kimin ad gününə görə gəlir?

“Xəzər Lənkəran”ın fəxri prezidenti, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov bu gün Bakıya gələcək.

Publika.az xəbər verir ki, Mənsimovun vətənə gəlişinin əsas məqsədi ad günündə iştirak etməkdi. Mübariz Mənsimovun anası Zümrüd xanım doğum gününü qeyd edəcək. “Palmali” şefi anasının doğum günüdə onunla birgə olmağa qərar verib.

Əldə etdiyimiz məlumata görə, doğum günü Ramazan ayına təsadüf etdiyindən hər hansı təmtəraqlı məclis planlaşdırılmayıb. Zümrüd xanımın ad günü ailə üzvlərinin və yaxın qohumların iştirakı ilə qeyd olunacaq.

“Xəzər Lənkəran”dakı mənbənin saytımıza verdiyi məlumata görə, ola bilsin ki, Mübariz Mənsimov Masallı stadionuna da baxış keçirsin. Masallıda uşaq futbol akademiyasının tikintisi ilə bağlı stadionun yenidən qurulmasına qərar verilib.

Stadionda söküntü işləri aparılsa da, sonradan iş dayandırıldı. Məlumata görə, Mənsimovun stadionda görüləcək işlərlə bağlı xüsusi tapşırıqları olacaq. Məhz bundan sonra Masallıda gerçəkləşəcək böyük layihənin sürətlə reallaşacağı bildirilir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR