“Barsa”dan xüsusi tələb: “Dişləmək qadağandır”
Bizi izləyin

İdman

“Barsa”dan xüsusi tələb: “Dişləmək qadağandır”

“Barsa”dan xüsusi tələb: “Dişləmək qadağandı”

“Barselona” Uruqvay millisinin futbolçusu Luis Suaresi transfer etməkdə israrlıdır.

Kataloniya klubunun istəyinə Suaresin dünya çempionatında yaratdığı qalmaqal da təsir etməyib. Publika.az xəbər verir ki, “Barsa” Suaresə 4 illik müqavilə təklif edib. Suaresin həftəliki qazancı 160 min funt sterlinq olacaq.

Futbolçu “Barselona”da olduğu müddətdə 40 milyon funt sterlinq qazanacaq. Ancaq “Barsa” futbolçunun müqaviləsinə xüsusi bəndin salınmasını istəyir. Tərəflər razılığa gələcəyi təqdirdə müqavilədə “dişləmək qadağandı” bəndi də olacaq.

Hazırda Suaresin transferi ilə bağlı “Liverpul”la danışıqlar davam edir. İngilislər uruqvaylıya görə 80 milyon funt sterlinq tələb edir. “Barsa” isə 20 milyon və çilili futbolçusu Aleksis Sançesi təklif edir.

Qeyd edək ki, İtaliya ilə oyunda Kellinini dişlədiyi üçün FİFA Suaresi cəzalandırıb. Uruqvaylıya 4 ay futbol oynamaq qadağan edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm