Əlcəzair Almaniyadan qisasını alacaq?
Bizi izləyin

İdman

Əlcəzair Almaniyadan qisasını alacaq?

Əlcəzair Almaniyadan qisasını alacaq?

Braziliyada keçirilən dünya çempionatında 1/8 final mərhələsinin oyunları davam edir.

Publika.az xəbər verir ki, bu gün daha 2 qarşılaşma keçiriləcək.

Saat 21.00-da meydana Fransa və Nigeriya çıxacaq. Bu komandalar indiyədək cəmisi bir dəfə qarşılaşıblar. 2009-cu ildə keçirilən yoldaşlıq görüşündə Nigeriya qalib gəlib – 1:0.

Günün ikinci qarşılaşmasında Almaniya ilə Əlcəzair üz-üzə gələcək. Bu qarşılaşmanın prinsipiallığını artıran məqam var. Söhbət 1982-ci ildə keçirilən dünya çempionatında baş vermiş biabırçılıqdan gedir.

İspaniyada keçirilən mundialda Avstriya və Almaniya ilə eyni qrupda yer alan Əlcəzair, məhz bu iki komandanın danışılmış oyuna getməsinin qurbanı olmuşdu. Bu komandalar inidiyə qədər 2 dəfə qarşılaşıblar. Maraqlıdır ki, hər 2 qarşılaşmada Əlcəzair qalib gəlib.

1/8 final

21.00 Fransa – Nigeriya

Hakim: Mark Geyger (ABŞ)

Brazilia. Milli stadion

01.00 Almaniya – Əlcəzair

Hakim: Sandro Riççi (Braziliya)

Portu Aleqri “Estadio Beyra Rio” stadionu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm