“Qəbələ”nin oyunu qazaxlara tapşırıldı
Bizi izləyin

İdman

“Qəbələ”nin oyunu qazaxlara tapşırıldı

“Qəbələ”nin oyunu qazaxlara tapşırıldı

UEFA Avropa Liqasının ilkin təsnifat mərhələsində, iyulun 3-də Qəbələ şəhərində keçiriləcək "Qəbələ" - "Şiroki Briyeq" (Bosniya və Herseqovina) oyununu idarə edəcək hakimlər müəyyənləşib.

Publika.az xəbər verir ki, qarşılaşmanı Qazaxıstandan olan hakimlər idarə edəcək. Baş hakim Artyom Kuçin olacaq. Baş hakimin köməkçiləri Yevgeni Belski, Rustam Suyunovdusa, dördüncü hakim funksiyasını Denis İzmaylov yerinə yetirəcək.

Hakim-inspektor isə Hollandiyadan olan Cornelis A.Bakkerdidi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm