“Hafka”nın futbolçusu pulsuzluqdan əmlakını satır
Bizi izləyin

İdman

“Hafka”nın futbolçusu pulsuzluqdan əmlakını satır

“Hafka”nın futbolçusu pulsuzluqdan əmlakını satır

"Bakı"nın maliyyə problemləri hələ də öz müsbət həllini tapmayıb.

Publika.az xəbər verir ki, klubun iflasa uğraması futbolçuların ciblərini boşaldıb. Hətta vəziyyət o həddə çatıb ki, futbolçular bahalı maşınlarını satmaq məcburiyyətində qalıblar.

Əfran İsmayılovun maşınını satması ilə bağlı məlumat vermişdik. İndi isə Cavid Hüseynov da bu addımı atmaq məcburiyyətində qalıb. Futbolinfo.az saytının yaydığı məlumata görə, Cavid Hüseynov "BMW x5" markalı avtomobilini satmaq qərarına gəlib. Futbolçu 110 min manata aldığı avtomobili 70 min dollara satışa çıxarıb.

Yaxın günlərdə "Bakı"nın vəziyyəti düzəlməsə, "zolaqlılar"ın kapitanı Rauf Əliyevin də "Mustanq" avtomobilini satışa çıxaracağı bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm