İtaliyada 2 dəqiqəyə sığan dönüş
Bizi izləyin

İdman

İtaliyada 2 dəqiqəyə sığan dönüş

Futbol üzrə İtaliya çempionatında 21-ci turun oyunları keçirilib

Futbol üzrə İtaliya çempionatında 21-ci turun oyunları keçirilib.

Publika.az xəbər verir ki, əksər görüşlər son oyun günündə baş tutub."Verona"nın qonağı olan "Roma" turu qələbə ilə başa vuraraq liderlə xal fərqini azaldıb. "Kalyari"nin qonağı olan "Milan" 2 dəqiqəyə vurduğu 2 qolla əzmkar qələbəyə sevinib.

"Livorno" "Sassuolo"nu, "Parma" "Udineze"ni, "Torino" "Atalanta"nı məğlub yola salıb. "İnter" - "Kataniya", "Sampdoriya" - "Bolonya" görüşlərində qalib müəyyənləşməyib.

"Fiorentina" - "Cenoa" qarşılaşmasında da 6 qol vurulmasına rəğmən, tərəflər 1 xalla kifayətlənməli olublar.

Qeyd edək ki, turun digər oyunları bir gün öncə keçirilmişdi.

İtaliya A Seriyası

21-ci tur

25 yanvar

Napoli - Kyevo - 1:1

Qollar: Albiol, 88 - Sardo, 18.

Latsio - Yuventus - 1:1

Qollar: Kandreva, 27-pen - Lyorente, 60.

26 yanvar

Verona - Roma - 1:3

Qollar: Hallfredsson, 49 - Lyajiç, 45, Jervinyo, 60, Totti, 83-pen.

Kalyari - Milan - 1:2

Qollar: Sau, 28 - Balotelli, 87, Patsini, 89.

İnter - Kataniya - 0:0

Livorno - Sassuolo - 3:1

Qollar: Qreko, 5, Paulinyo, 11, Benassi, 26 - Berardi, 29-pen.

Parma - Udineze - 1:0

Qol: Amauri, 35.

Sampdoriya - Bolonya - 1:1

Qollar: Qabbyadini, 62 - Diamanti, 90.

Torino - Atalanta - 1:0

Qol: Çerçi, 60-pen.

Fiorentina - Cenoa - 3:3

Qollar: Akvilani, 33-pen; 42; 57 - Cilardinyo, 27, Antonini, 34, De Mayo, 77.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm