Məşhur aktyorla şirkət arasında qalmaqal
Bizi izləyin

İdman

Məşhur aktyorla şirkət arasında qalmaqal

Məşhur aktyorla şirkət arasında qalmaqal

“Qancıq sevgi” (“Amores Perros”), “Babilistan” (“Babel”) kimi filmlərdə rol almış məşhur meksikalı aktyor Qael Qarsiya Bernal KLM şirkəti ilə qalmaqal yaşayıb.

Bernal Hollandiya-Meksika oyunundan sonra tvitter səhifəsində Hollandiyaya məxsus olan KLM hava yolları şirkətinin ünvanına hiddət dolu şərh yazıb. Publika.az xəbər verir ki, Bernalı əsəbiləşdirən fakt ondan ibarətdir ki, Hollandiyaya məxsus şirkət Meksikanın məğlubiyyətindən sonra tvitter səhifəsində “Adios Amigos!” (“Əlvida, yoldaşlar”) yazılmış plakat tutan papaqlı, bığlı bir kişinin fotosunu paylaşıb.

Aktyor tvitter səhifəsində yazıb: “Mən bundan sonra sizin hava yollarınızdan bir daha istifadə etməyəcəm. İtilin”.

KLM hava yollarının mətbuat katibi isə öz növbəsində yazıb: “Bu bir zarafat idi. Lakin o, hədsiz dərəcədə neqativ reaksiyalar doğurdu”.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm