Meksikalı Yaponiyada
Bizi izləyin

İdman

Meksikalı Yaponiyada

Meksikalı Yaponiyada

Yaponiya milli komandasının yeni baş məşqçisi müəyyənləşib.

Asiya təmsilçisini bundan sonra meksikalı mütəxəssis çalışdıracaq. Publika.az xəbər verir ki, DÇ-2014-dəki uğursuz çıxışdan sonra istefa verən Alberto Zakkeroninin yerinə Xavyer Aqirre gətirilib.

Aqirre Yaponiya millisi ilə 4 illik müqavilə imzalayacaq. Keçidin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.

Qeyd edək ki, 55 yaşlı mütəxəssisin bu günədək milli səviyyəsində yalnız öz ölkəsinin komandasını çalışdırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm