Fransa - Ngeriya - 2 : 0 - Fransızlar 1/4 finalda
Bizi izləyin

İdman

Fransa - Ngeriya - 2 : 0 - Fransızlar 1/4 finalda

Oyunda avtoqol qeydə alınıb. Yobo topu səhvən öz qapısından keçirərək, bu oyunda Nigeriya millisinin antiqəhrəmanına çevrilib. Görüş artıq başa çatıb. 2-0 hesabı ilə qalib gələn Fransa 1/4 finala yüksləlib.

22:36

Oyunun 79-cu dəqiqəsində Nigeriya qapıçısının kobud səhvindən məharətlə istifadə edən Poqba Fransa yığmasını hesabda irəli çıxarıb. Hazırda fransalılar minimal hesabla öndədirlər.

21:55

Hazırda dünya çempionatının 1/8 finalında Fransa futbol yığması Nigeriya komandası ilə qarşılaşır. İLk dəqiqələrdən matç çox gəegin mübarizə xarakteri alıb və qarşılıqlı hücumlar bir-birini əvəzləyir. Fransanın məğlub olması mündialda növbəti sürprizin reallaşmasına şərait yaradacaq. Komandalar meydana bu heyətlərlə çıxıb. Oyunun birinci hissəsi artıq başa çatıb. Komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar

Fransa: Lloris, Debuşi, Evra, Varan, Cabaye, Valbuena, Jiru. Benzema, Matuidi, Poqba, Keşelni

Nigeriya: Enyema, Yobo, Ambrose, Musa, Odemvinge, Emenike, Mikel, Moses, Oşaniva, Onazi, Omeruo

21:15

Braziliyada keçirilən futbol üzrə dünya çempionatının növbəti 1/8 final görüşü Fransa və Nigeriya milliləri arasında keçirilir. Oyunun 24-cü dəqiqəsinədək hesab açılmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm