• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Bu gün Avrokuboklar həyəcanı başlayır

  • İdman
  • 1 İyul 2014 11:49
  • 765 Baxış
Bu gün Avrokuboklar həyəcanı başlayır

Bu gün Çempionlar Liqasında və Avroliqda 2014/15 mövsümünə start veriləcək.

Publika.az xəbər verir ki, bu gecə Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk oyunları çərçivəində iki matç baş tutacaq.

Andorranın "Santa Koloma" klubu Ermənistan "Banants"ısını, San Marinonun "La Fiorita" komandası Estoniya "Levadiya"sını qəbul edəcək. Mərhələnin digər oyunu sabah "Linkoln"la (Cəbəllütarik) - "Torşavn" (Farer adaları) arasında keçiriləcək.

Qeyd edək ki, ölkəmizi Çempionlar Liqasıda "Qarabağ" təmsil edəcək. Azərbaycan çempionu Maltanın "Valletta" klubu ilə qarşılaşacaq.

Çempionlar Liqası

I təsnifat mərhələsi

1 iyul

Santa Koloma (Andorra) - Banants (Ermənistan)

La Fiorita (San Marino) - Levadiya (Estoniya)

2 iyul

Linkoln (Cəbəllütarik) - Torşavn (Farer adaları)

Bu gün Avroliqada da I təsnifat mərhələsi çərçivəsində 3 matç baş tutacaq. Bu mərhələnin qalan oyunları iyulun 3-də keçiriləcək.

Qeyd ki, I təsnifat mərhələsində Azərbaycan "İnter" və "Qəbələ" təmsil edəcək. "Qəbələ" iyulun 3-də Bosniya və Hersoqovinanın "Şiroki Briyeq" klubunu qəbul edəcək, "İnter" Moldova "Tiraspol"unun qonağı olacaq. "Neftçi" isə mübarizəyə II təsnifat mərhələsindən başlayacaq və "Çelik" (Çernoqoriya) - "Koper" (Sloveniya) cütünün qalibi ilə qarşılaşacaq.

Avropa Liqası

I təsnifat mərhələsi

1 iyul

20.45 Jeuness (Lüksemburq) - Dandalk (İrlandiya)

20.45 Slima (Malta) - Ferençvaroş (Macarıstan)

21.00 Şkendiya (Makedoniya) - Zimbru Chisinau (Moldova)

Xəbər lenti

DAHA ÇOX XƏBƏR