İdman
Kosovadan Suaresə şok təklif
Dünya çempionatında rəqibini dişləyən Luis Suares FİFA tərəfindən 4 ay cəza alıb.
Uruqvaylı futbolçu bu müddətdə FİFA üzvü olan heç bir ölkədə futbol oynaya bilməyəcək.
Publika.az xəbər verir ki, Kosovanın "Hajvalia" klubu bu vəziyyətdən istifadə edərək Suaresə təklif göndərib. Bu barədə klubun direktoru Havit Pokoll açıqlama verib:
"Suares cəza səbəbindən 4 ay futbol oynaya bilməyəcək. Kosova hələlik FİFA-nın üzvü deyil. O, 4 ay futboldan uzaq qalmaq istəmirsə, bizim komandada oynaya bilər.
Bununla bağlı təklifimizi yaxın günlərdə "Liverpul"a göndərəcəyik. Suaresə ilkin olaraq 30 min avro və aylıq 500 avro maaş təklif edəcəyik. Bu, onun üçün komik bir rəqəmdi. Amma ən azından 4 ay futboldan uzaq qalmayacaq. Təklifimizi qəbul edərsə, bu Kosova futbolu üçün böyük addım olacaq. Suaresi 4 ay qonaq etmək çox xoşumuza gələcək".
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!