Dünya futbolunun ən “əclaf oğlanlar”ı – FOTOLAR
Bizi izləyin

İdman

Dünya futbolunun ən “əclaf oğlanlar”ı – FOTOLAR

Dünya futbolunun ən “əclaf oğlanlar”ı – FOTOLAR

Dünya futbolunda heç də hamı Messi kimi sakit və başıaşağı deyil. Messini misal olaraq çəkdik. Çünki gənc nəsil onu daha yaxşı tanıyır.

Ümumilikdə isə futbol tarixində bir çox futbolçular olub ki, insani keyfiyyətləri haqda daim xoş sözlər danışılıb. Ancaq təəssüf ki, heç də bütün futbolçular bu cür deyil. Məsələn, futbolun Erik Kantona, Marko Materatsi, Frank Raykard kimi isimləri də olub ki, bəzən çirkin hərəkətləri ilə azarkeşlərin nifrətini qazanıblar. Bu gün də dünya futbolunda belə simalar var. Bu tip oyunçular əclag hərəkətləri ilə futbolu çirkinləşdirirlər. Öz hərəkətləri, rəqib futbolçulara, azarkeşlərə göstərdikləri münasibətləri ilə. Bu yazımızda sizə bu cür “əclag oğlanlar”ın beşi haqqında söhbət açacağıq.

Pepe

Portuqaliya millisi, “Real” (Madrid)

Kepler Laveran Lima Ferreyra - Pepe. İspaniyanın “Real” klubunun futbolçusudur. 2007-ci ildən Portuqaliya millisində forma geyinir. Xarakteri çox qəlizdir. Yığmada və klubda rəqiblərinə qarşı çox amansızdır. Ailəlidir, iki uşaq atasıdır. Xobbisi ovçuluqdur.

Sizcə rəqibə bilərərəkdən ağır zədə yetirən futbolçu kim ola bilər? Hansı futbolçu hakimin gözündən yayınıb rəqibini bir zərbə ilə qazona sərə bilər? Hansı futbolçu rəqibi öz cərimə meydançasının həndəvərinə buraxmamaq üçün onun ayağını da sındırmağa hazırdır? Çoxları elə düşünürdü ki, portuqaluyalı son vaxtlar bir qədər sakitləşib. Amma Almaniya ilə matçda Tomas Müllerlə yaşanan məlum qalmaqal sübut etdi ki, Pepe elə həminki Pepedir. Pepenin “Real”ın heyətində “Barselona”ya qarşı matçda Messinin əlinin üstünə çıxması, eləcə də bir neçə il bundan qabaq “Xetafe” ilə matçda rəqib futbolçunun başına təpiklə vurduğu zərbə onun törətdiyi əclaflıqlardan bir neçəsidi.

Frank Riberi

Fransa millisi, “Bavariya” (Almaniya)

Frank Bilal Riberi. Almaniyanın “Bavariya” klubunda forma geyinir. 2006-cı ildən Fransa millisinə dəvət alır. İlk baxışda xaraktercə sakit və qorxunc biri kimi təsir bağışlayır. Ən çox da sifətindəki “şram” onu daha qorxunc göstərir. O da Pepe kimi evlidir və iki uşaq atasıdır. Təbii ki, Riberini Pepe ilə müqayisə etmək olmaz. Yəni Riberi heç vaxt Pepe kimi bilərəkdən hansısa rəqibini vurub “sındırmır”. Xüsusilə də islam dinini qəbul edəndən sonar daha səbrli olmağa çalışır. Amma bəzən çox aqressiv oynayır ki, bu da sonluqda kobudluğa gətirib çıxardır.

Amma 2010-cu ildə CAR-da keçirilən dünya çempionatından sonra yaşanan skandal Riberinin nüfuzunu xeyli aşağı saldı. Belə ki, o, komanda yoldaşı Kərim Benzema ilə yetkinlik yaşına çatmayan qızla cinsi əlaqə qurmaqda ittiham olunaraq, şərti olaraq 3 il azadlıqdan məhrum edildi.

Bundan başqa, bir neçə il bundan qabaq “Bavariya”nın paltardəyişmə otağında komanda yoldaşı Arien Robbeninin üstünə hücum çəkməsi də Riberinin “hoqqalar”ı sırasındadır.

Mario Balotelli

İtaliya millisi, “Milan” (İtaliya)

Mario Barvua Balotelli. “Milan”ın formasını geyinir. 2010-cu ildən İtaliya millisinin də şərəfini qoruyur. Rəsmən ailəli deyil. Amma qeyri-qanuni nigahdan bir qızı var. Dünyanın ən tərbiyəsiz futbolçularının başında məhz Balotellinin durduğunu desək, yəqin ki, yanılmarıq. Əslən qanalıdır. Sonradan köçüb İtaliyaya gəlib, burda futbola başlayıb. Yaşının 22 olduğu deyilsə də, əslində real yaşı sənəddə göstəriləndən çoxdur. Balotellinin futboldakı ilk böyük skandalı bir neçə il bundan öncə “İnter”də oynayarkən baş verib. Həmin vaxt Joze Maurinyonun rəhbərlik etdiyi komanda “Nou Kamp”da “Barselona”ya 0:1 uduzsa da, iki oyunun nəticəsinə görə finala vəsiqə qazandı. Həmin oyundan sonra Balotelli formasını çıxardaraq onu qazona sərdi və “Barselona” azarkeşlərinə qeyri – etik jest göstərdi. Onu isə bu hərəkətə komanda yoldaşı, başqa bir “əclaf” futbolçu Materatsi sürüklədi ki, bu da normal qarşılanmalıdır. Ümumiyyətlə, Balotellinin hərəkətləri ərköyünlük həddini çoxdan aşaraq tərbiyəsizlik zirvəsinə yüksəlib. Kosta-Riak ilə oyunu xatırlayın. İkinci hissədə məğlubiyyəti həzm edə bilməyən Mario rəqib müdafiəçini topsuz zonada vuraraq yerə yıxdı. Sadəcə, onun bu hərəkəti hakimin gözündən yayındı.

Luis Suares

Uruqvay millisi, “Liverpul”

Luis Alberto Suares Dias. 2007-ci ildən millinin şərəfini qoruyur. Şən xarakterə malikdir.Ailəlidir, bir qızı və bir oğlu var. Hamı onu hücumçu kimi tanıyır. Amma Suares qapıçılığı da pis bacarmır. Yəqin ki, 2010-cu il mundialının Qana ilə ¼ final matçını hər kəs xatırlayır. 120-ci dəqiqədə əli ilə topu boş qapıdan çıxardaraq qırmızı vərəqə alsa da qanalılar penaltini dəqiq yerinə yetirməyincə, Suares bir anda qəhrəmana çevrildi. Çoxları düşünə bilər ki, axı Suares sakit futbolçudur o hara, əclaflıq hara. Amma yox, olmasa adını bu siyahıya salmazdılar. Məsələn, “Ayaks”da oynadığı zaman Luis Otman Bakkala adlı futbolçunu dişləməsi ilə gündəmə gəlmişdi. Məhz buna görə 6 aylıq cəzaya da məruz qalmışdı. Lakin bu, ona dərs olmamışdı. “Liverpul” heyətində “Çelsi”nin müdafiəçisi İvanoviçi də dişləməsi ilə diqqət çəkmişdi. Kyellini ilə baş verən son məlum olay FİFA tərəfindən 4 aylıq diskvalivikasiya olunması bir daha sübut etdi ki, Luis düzələn deyil. Suaresin ən əsas çirkinliyi cərimə meydançası daxilində artistcəsinə yıxılıb penalti almağa meyilli olmasıdır. Bu tip hərəkətləri isə onun futbolçu kimi imicinə mənfi təsir edir.

Naycel de Yonq

Hollandiya millisi, “Milan” (İtaliya)

Naycel de Yonq. “Milan”ın şərəfini qoruyur. 2004-cü ildən Hollandiya millisində də forma geyinir. Çox soyuq xarakterli futbolçudur. Rəqiblərinə qarşı amansızdır. Ailəli deyil, uşağı da yoxdur. Oyun təriznə görə, Pepedən fərqlənmir. Hətta bəzən ondan da qəddar olur. 2010-cu ilin İspaniya – Hollandiya finalını xatırlayın. Yəqin ki, epizodların birində de Yonqun təpiklə Xavi Alonsomim sinəsinə endirdiyi zərbəni şoxları unutmayıb. Həmin epizodda de Yonq futbolçu yox, karateçi rolunda idi. Təsadüfi deyil ki, bəzən onun hədsiz kobudluğu və qəddarlığı hollandiyalı azarkeşləri də narahat edir. Çünki yol verdiyi bu tip hərəkətlər ona qırmızı vərəqə göstərilməsini labüd edir ki, bunun da acısını Hollandiya millisi çəkir. ("Komanda" qəzeti)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm