İdman
Avrokubok oyunları başladı
Publika.az-ın məlumatına görə, Avropa Liqası
çərçivəsində yeni mövsümün ilk matçları baş tutub.
Bu gün I təsnifat mərhələsi çərçivəsində 3 matç
keçirilib. İrlandiya "Dandalk"ı səfərdə Lüksemburqun "Jeuness"
klubunu 2:0, Makedoniya "Şkendiya"sı Moldovanın "Zimbru"
komandasını 2:1 hesabı ilə yenib. "Slima" - "Ferençvaroş" matçı 1:1
hesabı ilə başa çatıb. Mövsümün ilk qolu da bu oyunda qeydə alınıb.
Belə ki, 39-cu dəqiqədə meydan sahiblərindən Stanley Ohavuçi
2014/15 mövsümünün ilk qoluna imza atıb.
Qeyd ki, I təsnifat mərhələsində Azərbaycan
"İnter" və "Qəbələ" təmsil edəcək. "Qəbələ" iyulun 3-də Bosniya və
Hersoqovinanın "Şiroki Briyeq" klubunu qəbul edəcək, "İnter"
Moldova "Tiraspol"unun qonağı olacaq. "Neftçi" isə mübarizəyə II
təsnifat mərhələsindən başlayacaq və "Çelik" (Çernoqoriya) -
"Koper" (Sloveniya) cütünün qalibi ilə
qarşılaşacaq.
Avropa Liqası
I təsnifat mərhələsi
1 iyul
Jeuness (Lüksemburq) - Dandalk (İrlandiya)
0:2
Qollar:
Riçard Tovell, 59, 71 (pen)
Slima (Malta) - Ferençvaroş (Macarıstan)
1:1
Qollar:
Stanley Ohavuçi, 39, Miçal Nalepa,
76.
Şkendiya (Makedoniya) - Zimbru (Moldova)
2:1
Qollar:
Boyan Vrusina, 45+5, İvan Mitrov, 47, Aleksandru
Qrosu, 51-pen.
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz25 Aprel 19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü