
Çempionlar Liqasında 2014/15 mövsümünə start verilib.
Publika.az xəbər verir ki, bu gecə I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iki matç baş tutub.
Andorranın "Santa Koloma" klubu Ermənistan "Banants"ısını qəbul edib və 1:0 hesablı qələbə qazanıb. Estoniya "Levadiya"sı səfərdə eyni hesabla San Marinonun "La Fiorita" komandasını yenib.
Mərhələnin digər oyunu bu gün "Linkoln"la (Cəbəllütarik) "Torşavn" (Farer adaları) arasında keçiriləcək.
Qeyd edək ki, ölkəmizi Çempionlar Liqasıda "Qarabağ" təmsil edəcək. Azərbaycan çempionu Maltanın "Valletta" klubu ilə qarşılaşacaq.
Çempionlar Liqası
I təsnifat mərhələsi
1 iyul
Santa Koloma (Andorra) - Banants (Ermənistan) 1:0
Qol: Mark Puyol, 5.
La Fiorita (San Marino) - Levadiya (Estoniya) 0:1
Qol: Heiko Tamm, 90+4.
2 iyul
23.00 Linkoln (Cəbəllütarik) - Torşavn (Farer adaları)