“Xudahafiz, İsveçrə” deyib getdi
Bizi izləyin

İdman

“Xudahafiz, İsveçrə” deyib getdi

“Xudahafiz, İsveçrə” deyib getdi

Dünya çempionatının 1/8 final mərhələsində Argentinaya məğlub olan İsveçrənin baş məşqçisi Ottmar Hitsfeld komandadan ayrılıb.

Publika.az xəbər verir ki, Argentina ilə oyundan sonra mətbuata açıqlama verən məşqçi İsveçrə millisində işləməyin onun üçün şərəf olduğunu bildirib:

“İsveçrə millisində çalışmaq mənim üçün böyük şərəf idi. İndi ürəyimdə olan böyük emosiya və ehtiramla “xudahafiz, İsveçrə” deyə bilərəm”.

Hitsfeld Argentina ilə oyun haqda da fikirlərinin bildirib:

“Biz argentinalılara çətin anlar yaşatdıq. Ancaq onlar soyuqqanlılığı qorudular, konsentrasiyanı itirmədilər. Bu amil Argentinanın necə böyük komanda olduğunu göstərir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm