İttiham – FİFA Braziliyanın çempion olmasını istəmir
Bizi izləyin

İdman

İttiham – FİFA Braziliyanın çempion olmasını istəmir

İttiham – FİFA Braziliyanın çempion olmasını istəmir

Braziliya millisinin baş məşqçisi Luis Felipe Skolari hər kəsin təəccübünə səbəb olan açıqlama ilə gündəmə gəlib.

Publika.az xəbər verir ki, Skolari FİFA-nı Braziliyanın çempionluğuna qarşı çıxmaqda ittiham edib. Baş məşqçi bu fikri Braziliya millisinin texniki direktoru Karlos Parreyro ilə birgə keçirdiyi brifinqdə deyib:

“Məni komandamla bağlı 2 amil narahat edir: Futbolçuların psixoloji stabilliyinin olmaması və FİFA-nın Braziliyanın çempionluğunu əngəlləmək üçün plan qurması”.

Qeyd edək ki, Braziliya dünya çempionatının 1/4 final mərhələsində Kolumbiya ilə qarşılaşacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm