Erməni futbolçu: “Bakıya futbol oynamağa gəlirəm, müharibəyə yox”
Bizi izləyin

İdman

Erməni futbolçu: “Bakıya futbol oynamağa gəlirəm, müharibəyə yox”

Erməni futbolçu: “Bakıya futbol oynamağa gəlirəm, müharibəyə yox”

Bakının “İnter” komandasının Avroliqadakı rəqibi “Tiraspol”un heyətində erməni futbolçunun çıxış etdiyi barədə məlumat vermişdik.

Moldova təmsilçisi Artyom Xaçaturovun adını UEFA-ya göndərdiyi iştirak ərizəsinə salıb. Bu o deməkdir ki, erməni futbolçu Bakıya gələcək. Publika.az xəbər verir ki, Ermənistan yığmasının müdafiəçisi Artyom Xaçaturov məsələ ilə bağlı müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- "Tiraspol" - "İnter" matçından nə gözləyirsiz?

- Biz bu oyuna yaxşı hazırlaşmışıq və Bakı komandasını keçmək istəyirik. Qələbəyə oynayacağıq. Amma hər şeyə Azərbaycanda aydınlıq gələcək.

- "İnter" haqda nə bilirsiz?

- Yaxşı komanda olduğunu bilirəm. Atletikdilər, texnikalıdılar. Bizə çətin olacaq. Amma istənilən halda biz ilk mərhələni keçmək istəyirik.

- Bakıdakı cavab oyununa gələcəksiz?

- Hələ bilmirəm. Amma mənə elə gəlir ki, gələrəm.

- Yəqin ki, bu, Azərbaycana ilk səfəriniz olacaq...

- Bəli. İsti qarşılanacağımı gözləyirəm. Bilirəm ki, ölkələrimiz arasında müharibə şəraiti hökm sürür. İnanın ki, bu, mənim xoşuma gəlmir. Normal insan müharibəyə gedəndə, ürəyi ağrıyır. Ümumiyyətlə, mən insanları milliyətinə, dininə görə fərqləndirməyi xoşlamıram. Əsas insan olmaqdı.

- Düşünmürsüz ki, Bakıda yerli azarkeşlərin pis münasibəti ilə qarşılaşa bilərsiz?

- Bu, onların şəxsi işidi.

- Qorxmursuz?

- Hələ ki, yox.

- Hələ ki?

- Zarafat edirəm. Nədən qorxmalıyam ki? Mən ora futbol oynamağa gəlirəm, müharibə etməyə yox.

- FİFA və UEFA Azərbaycan və Ermənistan yığmasını, klublarını püşkatmalar zamanı ayırmaqla düzgün addım atır?

- Məncə, beynəlxalq qurumlar bununla təhlükəsizliyi düşünürlər. Bu, düzgün seçimdi. Futbol insanları bir-birinə düşmən etməməlidi. Çünki bu, idmandı. (azerisport.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm