Onu Dumada sorğu-sual edəcəklər
Bizi izləyin

İdman

Onu Dumada sorğu-sual edəcəklər

Onu Dumada sorğu-sual edəcəklər

Rusiya yığmasının baş məşqçisi Fabio Kapello hesabat vermək üçün Rusiya Dövlət Dumasına dəvət olunacaq.

Publika.az xəbər verir ki, bu barədə məlumatı Dumanın mədəniyyət və idman komitəsinin sədri İqor Ananskix verib.

Kapellodan 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatına hazırlıqla bağlı komandanı gücləndirmək planı tələb olunacaq. Deputat bildirib ki, məsələ ilə bağlı dinləmə oktyabrın 3-də olacaq:

“Hazırkı Rusiya yığması son 15-20 ilin ən zəif komandasıdır. Kapello Rusiyada keçiriləcək dünya çempionatı ilə bağlı hesabat verməlidir. Dinləmələrə Rusiyanın idman nazirliyinin və futbol federasiyasının rəhbərliyi də dəvət olunacaq”.

Qeyd edək ki, bir müddət əvvəl Vladimir Jirinovski italyan mütəxəssisi kəskin tənqid edərək, onu soyğunçu adlandırmışdı.

Deputat Oleq Poxalkov isə Kapellodan indiyə qədər aldığı məvacibin yarısını qaytarmağı tələb etmişdi.

Xatırladaq ki, Rusiya yığması Braziliyada keçirilən dünya çempionatında qrup mərhələsini adlaya bilməmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm