İlk Avropa Oyunlarının məşəli Bakıda alovlandırıla bilər
Bizi izləyin

İdman

İlk Avropa Oyunlarının məşəli Bakıda alovlandırıla bilər

Bakı-2015 ilk Avropa Oyunlarının məşəli yarışların başlanğıcından iki ay əvvəl alovlandırılacaq.

"Trend"-in məlumatına görə, bunu mətbuat konfransında gənclər və idman naziri Azad Rəhimov deyib.

Onun sözlərinə görə, hazırda Beynəlxalq və Avropa Olimpiya komitələrinin qərarı gözlənilir: "Məlum olduğu kimi, Olimpiya məşəlinin yandırıldığı yer Yunanıstandır. Lakin ola bilsin ki, məşəl başqa yerdə alovlandırılsın. Bunun üçün xüsusi icazə lazımdır. Bunun üzərində iş aparılır və hələ vaxtımız var".

Nazir məşəlin Azərbaycanda "Yanar dağ"da və ya Atəşgahda yandırılmasını istisna etməyib. Alovlandırılan məşəl respublika ərazisində gəzdiriləcək.

A.Rəhimov bildirib ki, Madridin "Atletiko" futbol klubunun formasında əks olunan "Azerbaijan Land of Fire" devizi Bakı-2015 ilk Avropa Oyunlarının loqotipi ilə əvəz ediləcək: "Biz "Ateletiko"nun ölkə çempionu olmasına və milyonlarla azarkeşin "Azerbaijan Land of Fire" devizini görməsinə görə çox şad olduq. Biz bu devizin bir müddət sonra Bakı-2015 ilk Avropa Oyunlarının loqotipi ilə əvəz edilməsinə razılığımızı verdik".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm