
Braziliyada keçirilən dünya çempionatında maraq doğuran statistik göstərici reallaşıb.
Publika.az xəbər verir ki, mundial 32 komandanın iştirakı ilə (1998) keçiriləndən bəri, qrup mərhələsini lider kimi bitirən bütün 8 komanda ilk dəfə olaraq 1/4 final mərhələsinə adlayıb.
İndiyə qədər ən yüksək göstərici 2010-cu ildə keçirilən mundialda yaşanmışıd. Həmin vaxt qrup mərhələsini lider kimi bitirən 7 komanda 1/4 finala adlamışdı. Yalnız ABŞ əlavə vaxtda Qanaya məğlub olaraq mübarizəni dayandırmışdı.