Ançelotti onu dilə tutacaq
Bizi izləyin

İdman

Ançelotti onu dilə tutacaq

Ançelotti onu dilə tutacaq

İspaniyanın “Real” klubunun baş məşqçisi Karlo Ançelotti komandanın yarımmüdafiəçisi Anhel di Mariyanın komandadan ayrılmasını istəmir.

Publika.az xəbər verir ki, italiyalı mütəxəssis rəhbərlikdən narazı qalaraq transferə çıxarılmasını tələb edən futbolçu ilə söhbət edəcəyini bildirib. Ançelotti di Marianı “Real”da qalmağa razı salacağına inanır.

Anhel di Mariya “Real” rəhbərliyinin Kolumbiya millisinin üzvü Rodrigesə maraq göstərməsindən sonra komandadan gedə biləcəyini bildirmişdi.

Qeyd edək ki, Di Mariya 2010-cu ildə "Benfika"dan "Real"a transfer olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm