• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

“Arsenal” 36 milyon təklif etdi

  • İdman
  • 27 Yanvar 2014 12:59
  • 585 Baxış
“Arsenal” 36 milyon təklif etdi

“Arsenal”ın nümayəndələri "Şalke"nin yarımmüdafiəçisi Yulian Drakslerin transferini müzakirə etmək üçün Helzenkirhenə yollanacaqlar.

Publika.Az xəbər verir ki, bu barədə goal.com portalı məlumat yayıb. London klubunun baş məşqçisi Arsen Venger gənc futbolçuya görə qarşı tərəfə 36 milyon avro ödəməyə hazırdır.

“Şalke” isə Drakslerlə 5 illik müqaviləni əsas gətirərək onu 45 milyon funta satmaq istəyir. Bundan başqa, "topçular"ın nümayəndələri Frankfurta da gedəcəklər.

Burada onlar "Ayntraxt"ın müdafiəçisi Sebastyan Yunqun keçidini həll etməyə çalışacaqlar.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR