Blatter Suaresi təriflədi
Bizi izləyin

İdman

Blatter Suaresi təriflədi

Beynəlxalq Futbol Assosiyasiyaları prezidenti (FİFA) Yozef Blatter Uruqvay millisinin hücumçusu Suaresi bu dəfə tərifləyib. ANS PRESS-in məlumatına görə, o, qalmaqallı futbolçunun İtaliya millisinin oyunçusu Corco Kellinini Dünya Çempionatı matçı zamanı dişlədiyinə görə üzr istəməsini təqdirəlayiq hesab edib. Bu barədə Blatter jurnalistlərə Rio-de-Janeyroda keçirilən futbolda üzrə menecmentlik seminarı zamanı bildirib.

Qeyd edək ki, FİFA “Liverpul”da oynayan Uruqvay forvardı dünya çempionatı matçında Kellinini dişləməsinə görə, millinin 9 oyunundan və 4 aylıq ümumi futbol fəaliyyətindən məhrum edib. Bundan əlavə futbolçu 100 min isveç frankı məbləğində cərimə də olunub. Hadisə ilə bağlı oyunçu dünya çempionatında akreditasiyasını itirərək turnirin vətəni olan Braziliyanı tərk edib.

“O ümumilikdə futbol ailəsi qarşısında üzr istəyib. Bu isə təqdirəlayiqdir. Bu onun böyük oyunçu olduğunun isbatıdır. Mən inanıram ki, futbolçu bu hadisədən sonra karyerasını bərpa edə biləcək” deyə, Blatter bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm