Syomini narahat edən nədir?
Bizi izləyin

İdman

Syomini narahat edən nədir?

Syomini narahat edən nədir?

"Qəbələ"nin baş məşqçisi Yuri Syomin Antalya toplanışının yekunları barədə fikirlərini klub saytına bildirib.

Publika.az xəbər verir ki, rusiyalı mütəxəssis ümumilikdə komandanın hazırlığından razı qaldığını, yoxlama oyunlarında futbolçuların özlərini yaxşı tərəfdən göstərdiklərini vurğulayıb.

Syomin onu narahat edən amillərə də toxunub:

“Antalyadakı təlim-məşq toplanışında məqsədyönlü şəkildə çalışdıq. Burada gözəl şəraitdə hazırlaşdıq. Yoxlama oyunlarından yalnız son olaraq planlaşdırdığımız Moskva “Torpedo”su ilə matç baş tutmadı ki, bu da hava şəraiti üzündən oldu.

Fikrimcə, sınaq matçlarında ümumilikdə yaxşı təsir bağışladıq. Bu oyunlarda yetirmələrimdən narazı qalmadım. Məni əsas narahat edən aparıcı futbolçularımız Lorenzo Ebesilio ilə Daniel Subotiçin zədəli olmalarıdı.

Ebesilionun yaxın vaxtda tam sağalıb, bizə kömək edəcəyini gözləyirik. Subotiç əsas heyət oyunçularımızdan olsa da, digər hücumçularımız hazırda pis formada deyillər.

Qış fasiləsində çox tranfser etməyərək, müdafiəni gücləndirdik. Yeni futbolçularımızdan razı qaldım. Biz ikinci dövrədə ilk dövrədən çox xal topladıq. Bu templə davam edə bilsək, çempionatda ən yüksək yerlərə iddia edəcəyik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm