“Hafka” 60 min dollar borc tapa bilmir
Bizi izləyin

İdman

“Hafka” 60 min dollar borc tapa bilmir

“Hafka”a 60 min dollar borc tapa bilmir

FİFA-nın Mübahisələrin Həlli Palatasının Ruslan Leviqaya görə “Bakı”nın qarşısında tələb qoyduğu barədə məlumat vermişdik.

Xatırladaq ki, ali futbol qurumu ötən ilin iyun ayında Bakı klubunun hazırda “Neftyanik-Ukrneft”in şərəfini qoruyan sabiq üzvünə olan borcunun, həmçinin məvacibi gecikdirdiyi üçün əlavə faizin ödənilməsi ilə bağlı qərar qəbul edib. Lakin “zolaqlılar” bu tələbi yerinə yetirmədiyindən, Leviqanın agenti Andrey Bileyçuk bununla bağlı Palatanı məlumatlandırıb.

FİFA Mübahisələrin Həlli Palatası “Bakı”ya iyulun 15-nə qədər vaxt verib. O vaxta qədər Leviqaya olan borc ödənilməsə, “Bakı” sərt cəzaya məruz qalacaq.

Qeyd edək ki, “Bakı”nın icraçı direktoru Yaşar Seyidov mətbuata verdiyi açıqlamada futbolçuya 51 min dollar borclu qaldıqlarını bildirmişdi. Əlavə faizi də nəzərə alsaq, “Bakı” təxminən 60 min dollar ödəməlidir.

Publika.az-ın “Bakı”ya yaxın mənbələrdən aldığı məlumata görə, klub hələ də borcu ödəməyib. Belə ki, “Bakı”nın prezidenti Hafiz Məmmədovun və klubun bank hesablarının tamamilə boş olması bu məbləği ödəməyə imkan vermir. Hətta Hafiz Məmmədov borcu ödəmək üçün bir neçə şəxsə müraciət etsə də, ona 60 min dollar borc verən tapılmayıb.

Onu da qeyd edək ki, “Bakı”nın yaxın günlərdə tamamilə buraxılacağı bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm