• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Xanım jurnalistin ölümü argentinalıları şoka salıb

  • İdman
  • 3 İyul 2014 12:33
  • 637 Baxış
Xanım jurnalistin ölümü argentinalıları şoka salıb

Braziliyada dəhşətli avtoqəza baş verib. Nəticədə argentinalı jurnalist ölüb.

Publika.az xəbər verir ki, 26 yaşlı Mariya Soledad Fernandes 1/8 finla mərhələsinin Argentina – İsveçrə oyunundan sonra San-Pauludan Belu-Orizontiyə qayıdırmış. Jurnalistin olduğu avtomobil idaretməni itirərək aşıb. Xanım jurnalist yerindəcə keçinib. Onun daha 2 həmkarı isə xəsarət alıb.

Mariya məşhur argentinalı jurnalist Migel Titi Fernandesin qızıdı. Onun atası da dünya çempionatı ilə bağlı Braziliyada ezamiyyətdə olub.

Jurnalistin ölümü Argentina millisinin də planlarına təsir edib. Komanda dünənə planlaşdırılan mətbuat konfransını keçirməkdən imtina edib. AFA-nın baş katibi Xuan Karlos Krespi buna görə hər kəsdən üzr istəyib:

“Bütün mətbuat nümayəndələrindən üzr istəyirəm. Futbolçularımız bu hadisədən şoka düşüblər. Ona görə də mətbuat konfransını keçirə bilməyəcəyik”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR