Obama onlara zəng etdi
Bizi izləyin

İdman

Obama onlara zəng etdi

Obama onlara zəng etdi

Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama yığmanın kapitanı Filip Dempsi və qapıçı Tim Hovarda zəng edib.

Publika.az xəbər verir ki, Obama dünya çempionatında ABŞ millisinin uğurlu çıxışına görə futbolçuları təbrik edib. Prezident göstərdikləri oyuna və komandanın turnirdə sərgilədiyi yaxşı oyuna görə futbolçulara təşəkkürünü bildirib.

Ağ Evdən bildirilib ki, Obama futbolçulara tək meydançada gördükləri işlərə görə deyil, ölkəni qürurlandırdıqları üçün də minnətdarlığını çatdırıb.

ABŞ müdafiə naziri Hagel də qapıçı Tim Hovarda zəng edərək təşəkkürünü bildirib. Nazir Hovardı və bütün komandanı Pentaqona dəvət edib. Hegel Hovardla zarafat da edib: "Bir az məşq etsən, bir gün gerçək müdafiə naziri ola bilərsən".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm